Вернуться назад Распечатать

İspaniya NATO-nun hərbi xərclərinin büdcənin 5%-ə qədər artırılmasına qarşıdır

1xeber.media xəbər verir ki, ABC-nin iyunun 5-də verdiyi məlumata görə, İspaniya ÜDM-in 5%-i həcmində müdafiə xərcləri hədəfinin tətbiqinə qarşı çıxan yeganə NATO ölkəsi olaraq qalır.

"Pedro Sançes hökuməti (İspaniyanın baş naziri. — Red.) hazırda NATO-da hərbi xərclərin faiz artımının təsdiqlənməsi məsələsində konsensusun əldə olunmasına mane olur. Hazırda buna qarşı çıxan yeganə ölkə İspaniyadır", - qəzet yazır.

Bundan əlavə, Sançes mövqeyini dəyişməsə, o, NATO-nun Haaqa sammitində bu təşəbbüsü fəal şəkildə irəli sürən ABŞ prezidenti Donald Trampla birbaşa toqquşa bilər.