Вернуться назад Распечатать

Özbəkistan millisi tarixində ilk dəfə futbol üzrə dünya çempionatında iştirak edəcək

1xeber.media xəbər verir ki, İyunun 5-də futbol üzrə Özbəkistan milli komandası tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazanıb.

Özbəkistanlı futbolçular Asiya zonasında 2026-cı il dünya çempionatının seçmə mərhələsinin A qrupunun sondan əvvəlki oyununda BƏƏ yığması ilə 0:0 hesablı heç-heçə edib.

Özbəkistan millisi 18 xal toplayaraq dünya çempionatının final mərhələsinə vəsiqəni təmin edib. İran millisi də 20 xal toplayaraq Asiya qrupundan irəliləyib.