Вернуться назад Распечатать

Türkiyədə çoxmərtəbəli binada baş verən yanğında 3 nəfər həlak olub

Türkiyənin cənub-şərqində çoxmərtəbəli yaşayış binasında baş verən yanğında ikisi uşaq olmaqla azı 3 nəfər ölüb, daha 17 nəfər xəstəxanalara aparılıb.

1xeber.media xəbər verir ki, bu barədə Ankara Nethaber internet nəşri məlumat yayıb.

"13 mərtəbəli binada baş verən yanğın zamanı tüstüdən xəsarət alan 17 nəfər xəstəxanaya aparılıb. Üç nəfər ölüb", - məlumatda deyilir.

Yanğın barədə məlumat verildikdən sonra dərhal binaya çoxlu sayda yanğınsöndürən, təcili yardım maşınları və polis göndərilib. Tüstü basmış binada olan insanların bəziləri tez təxliyə edilib. Qalanları kran vasitəsilə xilas edilib.