Вернуться назад Распечатать

Allahşükür Paşazadə: “II Qareginlə görüşməyi özümə yaraşdırmıram”

Qafqaz Müsəlmanları İdarəsi sədri Şeyxülislam Allahşükür Paşazadə bütün ermənilərin katolikosu II Qareginlə hələlik görüşmək istəmədiyini bəyan edib.

1xeber.media xəbər verir ki, jurnalistlərə açıqlamasında A.Paşazadə onunla görüşməyi özünə yaraşdırmadığını deyib:

"II Qareginlə hələlik görüşmək istəmirəm. Onunla görüşməyi özümə yaraşdırmıram. Qaregin dini sifətindən başqa siyasi sifəti bürünüb. Din adamın bu qədər siyasətə qoşulması düzgün deyil. Ona görə də onunla görüşmək fikrim yoxdur".