Вернуться назад Распечатать

Xocalıda fərdi yaşayış evləri 8 milyon manata təmir edilir

 Xocalı rayonunda fərdi yaşayış evlərinin cari təmiri işlərinə başlanılıb.

1xeber.media Teleqraf-a istinadla xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı “PLATİN - M” MMC ilə müqavilə imzalayıb.


Dəyəri 8 milyon 784 min manat olan müqavilə çərçivəsində rayonun Təzəbinə kəndində 152 fərdi yaşayış evi təmir ediləcək.


Müvafiq işlərə iyunun 4-də başlanılıb, noyabrın 4-ü isə bitməsi nəzərdə tutulur.