Вернуться назад Распечатать

On iki deputatın mandatı ləğv olunacaq

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, Gürcüstan Naminə Partiyasının plenar iclaslarda iştirak etməyən 12 deputatı mandatdan məhrum ediləcək.

1xeber.media xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

O deyib ki, bu şəxslər xalqın hesabına maaş alıb işləmirlər. Mandatlar siyahı üzrə növbəti 12 namizədə veriləcək.