Вернуться назад Распечатать

Şəkili "Qumar kralı"nın "sağ əli" həbs olundu

 Kazino kralı kimi tanınan şəkili Yusifin "sağ əli" həbs edilib.


1xeber.media Oxu.az-a istinadən xəbər verir ki, kazino kralının yardımçısı, "Əhmədli Pərviz" kimi tanınan Pərviz Abgül oğlu Məmmədov istintaqdan yayınıb.


O, cinayət məsuliyyətindən boyun qaçıraraq, 4 ay gizləndikdən sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.