Вернуться назад Распечатать

Latviya Seyminin deputatına rus dilini müdafiə etdiyinə görə iş açılıb

Latviyada Seymin deputatı Aleksey Roslikova qarşı Rusiyaya "Latviyaya qarşı hərəkətlərində" kömək etməkdə və "etnik nifrət və nifaq salmaqda" şübhəli bilinərək cinayət işi açılıb.

1xeber.media xəbər verir ki, bu barədə iyunun 9-da Latviyanın Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) məlumat verilib.

"Cinayət işi xidmət A.Roslikovun iyunun 5-də Seym sessiyasında səsləndirdiyi ifadələrə, eləcə də son zamanlar etdiyi digər hərəkətlərə qiymət verdikdən sonra açılıb", - xidmətin saytında deyilir.

Qeyd olunur ki, DSQ “Sabitlik naminə!” siyasi partiyasının lideri ilə dəfələrlə “profilaktik” söhbətlər aparıb.