Вернуться назад Распечатать

Lavrov Britaniyanı Rusiyaya qarşı terror hücumlarında Kiyevə kömək etməkdə ittiham edib

Böyük Britaniyanın nümayəndələri Rusiyaya qarşı terror hücumlarında Ukraynaya 100% kömək edir.

1xeber.media xəbər verir ki, bunu iyunun 9-da “Gələcəyin Forumu - 2050”də Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Artan terror təhlükəsi riskləri mövcuddur, biz onları görürük və onların qarşısının alınması və vətəndaşlarımıza zərər vurmaması üçün hər şeyi edəcəyik”, - Lavrov bildirib.

Diplomat vurğulayıb ki, bu və ya digər formada terror üsulları Ukrayna hakimiyyətində münaqişənin əvvəlindən mövcud olub.