Вернуться назад Распечатать

Araz Musayevi bıçaqlayan şəxslərin yeni görüntüsü – VİDEO

Mayın 28-də Azərbaycan Muay Tay Federasiyasının prezidenti Araz Musayev Türkiyənin Antalya şəhərində bıçaqlanıb. Araz Musayev şəxsi feysbuk hesabında hadisə ilə bağlı yeni video paylaşıb. 

1xeber.media xəbər verir ki, A.Musayevin iddiasına görə, görüntülərdə ona qarşı sui-qəsd cəhdi törədən şəxslərin cinayətdən dərhal sonra hadisə yerindən qaçmaları əks olunub.

Qeyd edək ki, sui-qəsddə şübhəli bilinən şəxslər artıq saxlanılıb.

Araz Musyev ona qarşı sui-qəsdin Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev tərəfindən sifariş verildiyini deyib. A.Əliyev isə bu ittihamları təkzib edərək barəsində deyilənləri “böhtan” adlandırıb.

Sözügedən görüntüləri təqdim edirik: