Вернуться назад Распечатать

Goranboyda maşın aşdı - Xəsarət alanlar var (YENİLƏNİB)

Goranboyda baş verən qəzada xəsarət alanların adları məlum olub.

"Unikal"ın məlumatına görə, Xocalı şəhər sakini 1986-cı il təvəllüdlü Ramal Mehtiyev idarə etdiyi "Opel" markalı avtomobil idarə etməni itirərək qəza edib.

Qəza nəticəsində "Opel" markalı avtomobilin sürücüsü Xocalı şəhər sakini 1986-cı il təvəllüdlü Ramal Mehtiyev və  sərnişin Bakı şəhər sakini 1997-ci il təvəllüdlü Pərviz Əliyev xəsarət alıb.

*** 20:08

Goranboyda yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə Aşağı Ağcakənd qəsəbəsi ərazisində baş verib. Belə ki, idarəetmədən çıxan maşın maneələrə çırpılaraq aşıb. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan iki nəfər xəstəxanaya çatdırıllb.

Fakrtla bağlı araşdırma başlanıb.