Orduda siyasətçilərin, məmurların övladları xidmət etməlidir ki, ordu güclü olsun.
1xeber.media xəbər verir ki, bu fikri İsrailin Ukraynadakı səfiri Mixail Brodski “YouTube”da jurnalist Mariya Dovbenkoya müsahibəsində paylaşıb.
“İsraildə hökumətdən birinin oğlu, nazirin oğlu və ya diplomatın oğlu olmağın fərqi yoxdur - hamı ordunun döyüş bölmələrində xidmət edir”, - diplomat xatırladıb. O vurğulayıb ki, israillilər hər zaman öz ölkələrini müdafiə etməyə hazırdırlar və hər dəfə vəziyyət gərginləşəndə onlar hətta xaricdən ordu sıralarına qayıdıblar.
Brodskinin fikrincə, yalnız belə yanaşma dövləti güclü ordu ilə təmin edə bilər. O əlavə edib ki, başqa cür necə ola biləcəyini təsəvvür edə bilməz.
Bundan əvvəl İsrailin “Patriot” hava hücumundan müdafiə sistemlərini Ukraynaya ötürdüyü məlum olub.