Вернуться назад Распечатать

Putindən 11 uşaqlı ailəyə hədiyyə: “Qazel” - Foto

Rusiya Prezidenti Vladimir Putin İnquşetiyadan olan Məryəm Xamxoyeva və Beslan Boqolovun çoxuşaqlı ailəsinə mikroavtobus hədiyyə edib.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, 11 uşaqlı cütlüyə 14 nəfərlik “Qazel”in açarı verilib.

Dövlət başçısı Kremldən videobağlantı vasitəsilə onlarla əlaqə saxlayıb. Daha sonra isə ailənin çoxdankı arzusunu həyata keçirərək onlara mikroavtobus bağışlayıb.