Daha sonra isə saat 11:20-də Qubadlı rayonu Fətəlitəpə kəndi istiqamətində, Gorus rayonu Kornidzor kəndi ərazisindən Aİ-yə məxsus 2 ədəd “Toyota” markalı minik avtomobillərinin gəlməsi, avtomobillərdən 5 nəfər Aİ-nin əməkdaşlarının düşməsi, müşahidə cihazı ilə ərazilərimizi müşahidə etmələri qeydə alınıb.
Sözügedən kənd istiqamətində saat 12:40-da Tiblisi-İcevan magistral yolunda Aİ-yə məxsus 2-ədəd nəqliyyat vasitəsinin dayanması və 6 nəfər əməkdaşın bizim ərazilər istiqamətində çəkiliş və müşahidə aparması da örüntülənib.
Maraqlıdır, Aİ “müşahidəçiləri”nin erməni hərbçilərlə birgə sərhəd “reydlərini” Ermənistanda revanşist qüvvələrin aktivləşməsi, ölkənin silahlandırılması, danışıqlarda daha qeyri-konstruktiv mövqe tutması kimi qiymətləndirmək olarmı?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Elçin Mirzəbəyli Ajans.az-a açıqlamasında bildirib ki, Aİ-nin müşahidə missiyası adlanan yarıhərbi missiyasının Ermənistandakı fəaliyyəti heç bir hüquqi əsaslara söykənmir:
“Müşahidə missiyasının tərkibində edilən dəyişikliklər, eyni zamanda say tərkibi və müddətinin Azərbaycanla razılaşdırılmamış Praqada əldə olunmuş danışqların fakiti olaraq pozulduğunu sübuta yetirir. Nəzərinizə çatdırım ki, bu qəbildən olan missiyalar mahiyyət etibarilə bir qayda olaraq BMT-nin mandadı əsasında və yaxud konkret tərəflər arasında əldə olunmuş razılıqlara uyğun olaraq ərazilərə göndərilir. Bəlli olduğu kimi Aİ regional təsisatdır. Digər tərəfdən bu regional təsisatın göndərdiyi müşahidə missiyası da formatı artıq ora Kanada və digər Aİ-yə üzv olmayan ölkələrin daxil olması ilə pozulub”.
Deputat qeyd edib ki, Praqa razılaşmasının pozulması hər kəsə bəllidir, onların Azərbaycanla Ermənistan sərəhddində öz missiyalarında kənar sərgilədikləri davranışlar, həmçinin Azərbaycan ərazilərinin qeyri-qanuni şəkildə izlənilməsi bu müşahidçilərin əslində cəsus şəbəkisindən ibarət olduğunu sübuta yetirən faktor kimi dəyərləndirilə bilər:
“Əslində Avropa İttifaqının missiyası həmin ərazilərə bilavəsitə təxribat törətmək üçün yerləşdirilib. Çox güman ki, indiki şəraitdə aktivlik nümayiş etdirilməsi bir neçə amilə bağlıdır.Burada aparıcı rollardan biri Fransaya məxsus olduğu üçün onların bizə sərgilədiyi qərəzli mövqe, eyni zamanda regiona müdaxilə üçün müxtəlif təzyiq vasitələrindən istifadə etməyə cəhd götərməsi də rol oynayır.
Bunu da qeyd etmək olar ki, ömrünü başa vurmaqda olan Bayden administrasiyası faktiki olaraq xarici siyasətin bütün kompanentlərində uğursuzluqlara düçar olduğu üçün, eyni zamanda Azərbaycanla Ermənistan arasında yarımçıq bir sülh müqaviləsi əldə etməklə seçkilərdə bundan təbliğat vasitəsi kimi istifadə etməyə nail olmadığı üçün bu təxribat prosesini də Aİ-nin müvafiq qurumları tərəfindən stimullaşdıra bilər”.
Elçin Mirzəbəyli əlavə edib ki, prosesdə Kanadanın və digər yedək dövlətlərin iştirakı göz qabağındadır. Prinsip etibarilə bu davranışlar bir daha sübuta yetirir ki, Aİ-nin müşahidə şurasının ilk olaraq gündəmində qətiyyən Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə dəstək verməkdən ibarət olmayıb. Missiyanın əsas məqsədi prosesə mane olmaqdan ibarətdir. Biz bu davranışları missiyaya üzv olan bəzi ölkələrin siyasi rəhbərliyinin atdığı addımlarda da görə bilirik.
Qeyd edək ki, bir neçə ay öncə Flightradar qlobal uçuş izləmə xidmətinin məlumatına görə, avqustun 2 və 3-də ABŞ-ın Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın Zvartnots hava limanına 2 hərbi təyyarə qalxıb.
Bu barədə Caliber.az məlumat yaymışdı. Qeyd olunmuşdu ki, ABŞ Silahlı Qüvvələrinə məxsus “Boeing C-17” hərbi yük təyyarəsi ilə şəxsi heyət hərbi yüklərlə birlikdə Zvartnots hava limanına gətirilib.