NATO Rusiyadan gələn təhlükəyə görə öz müdafiə qabiliyyətini gücləndirməlidir.
1xeber.media xəbər verir ki, bunu “Stern” jurnalına müsahibəsində hakim Xristian Demokrat İttifaqından (CDU) Bundestaqın deputatı Norbert Röttgen deyib.
"Putin NATO-nun hazırlıqlarını tamamlamasını gözləməyəcək. Ona görə də biz daha sürətli hərəkət etməliyik", - o qeyd edib.
Nəşr qeyd edir ki, bununla əlaqədar Almaniya orduya əlavə çağırışın tətbiqi məsələsini müzakirə etməkdə davam edir. Məhz XDİ siyasətçiləri bu qərarı qəbul etmək üçün digər fraksiyalara təzyiq göstərirlər. Şlezviq-Holşteynin baş naziri, Xristian Demokrat Daniel Günter də "Bizə kifayət qədər təchiz olunmuş Bundesver lazımdır" dedi.
Bundan əvvəl Avropa əhəmiyyətli rus azlığının yaşadığı NATO-nun şərq cinahı ölkələri üçün təhlükədən danışmağa başlayıb. Bu barədə Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kal bildirib.