Вернуться назад Распечатать

Kamran Əliyev idarə rəisini işdən çıxardı

Azərbaycanın Hərbi Prokurorluğunda kadr dəyişikliyi olub.

1xeber.media teleqraf-a  istinadla xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Kamran İsgəndərov Respublika Hərbi Prokurorluğunun Maddi-texniki təminat şöbəsinin rəisi vəzifəsindən azad edilib.

Digər əmrlə, həmin vəzifəyə Abuzər Mirzəyev təyin olunub.

Xatırladaq ki, 2005-ci ildən Azərbaycanın Hərbi prokuroru olan Xanlar Vəliyev aprelin 8-də təqaüdə göndərilib.

Prezident İlham Əliyevin mayın 13-də imzaladığı sərəncamla, Bəhruz Əhmədov Baş prokurorun müavini-Hərbi prokuror təyin edilib.