Вернуться назад Распечатать

Tramp Los-Ancelesdəki iğtişaşları yatırmaq üçün səbəb tapıb

ABŞ prezidenti Donald Tramp iğtişaşları yatırmaq üçün 1807-ci ildə qəbul edilmiş qanundan istifadə edə bilər.

1xeber.media xəbər verir ki, Axios portalının məlumatına görə, bu, etirazçıların qarşısını almaq üçün daxili qoşunlardan istifadə etməyi nəzərdə tutur.

“Daxili iğtişaşları yatırmaq üçün ABŞ qoşunlarının istifadəsinə icazə verən 1807-ci il Üsyan Aktı, vəzifədə olan prezident üçün mövcud olan ən fövqəladə səlahiyyətlərdən biridir”, - məqalə müəllifləri qeyd edirlər.

Onlar əlavə ediblər ki, Tramp Kaliforniya Milli Qvardiyasını ştat hakimiyyətinin razılığı olmadan Los-Ancelesdə piketlərlə mübarizəyə göndərməklə artıq çoxdan mövcud olan presedenti pozub. İndi, Axiosun fikrincə, dövlət başçısı "qanunları tətbiq etməyə həvəslidir" və bunu onun etirazçıları peşəkar təşviqatçılar və iğtişaşçılar adlandırdığı ifadələri də sübut edir.

Bu arada, Kaliforniyada qeyri-qanuni mühacirlərə qarşı reydlər nəticəsində yaranan iğtişaşlar ölkənin digər bölgələrinə də yayılıb. Xüsusilə, Texas ştatının Ostin və Dallas şəhərlərində etiraz aksiyaları keçirilib. Orada onlarla nümayişçi həbs edilib.