Вернуться назад Распечатать

Elon Musk rus raketinin alınmasını rədd etdi

Errol Mask oğlu İlon Maskın Rusiyada kosmik raket almağa çalışdığını bildirib.

1xeber.media xəbər verir ki, O, bunu “2050 Gələcək Forumu”nda çıxışı zamanı deyib.

Musk Sr-ın sözlərinə görə, kosmik sənayedə karyerasının əvvəlində oğlu Rusiyada raket almaq cəhdi edib. Lakin Rusiya tərəfi alqı-satqı təklifini zarafat kimi qəbul edərək ondan imtina edib. "Elon Rusiyada idi və burada raket almaq istəyirdi. Hamımızın bildiyimiz kimi, dünyanın ən yaxşı raketlərindən bəziləri məhz Rusiyada hazırlanır. Lakin onun niyyətini zarafat kimi qəbul etdikləri üçün ona raket satmadılar", - deyə Errol Mask bildirib.

Errol Mask qeyd edib ki, bundan sonra oğlu Kaliforniyaya qayıdıb və burada bir neçə həvəskarla birlikdə öz raketini dizayn etməyə başlayıb. Bu, sonradan SpaceX şirkətinin yaradılmasına səbəb oldu.