Вернуться назад Распечатать

Nümayəndələr görüş yerini dəyişdilər

 Rusiya və ABŞ ikitərəfli diplomatik münasibətlərdəki “narahatedici elementlərin” aradan qaldırılması ilə bağlı məsləhətləşmələri İstanbuldan öz paytaxtlarına köçürmək barədə ilkin qərar qəbul ediblər.


1xeber.media xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev deyib.



Diplomatın sözlərinə görə, çox yaxın vaxtlarda Moskvada nümayəndə heyətləri arasında danışıqların yeni mərhələsi baş tutacaq.


Səfir vurğulayıb ki, Rusiya-Amerika münasibətlərinin “bərpası” hələ çox uzaqdadır, proses çətinləşir və ləngiyir.