Вернуться назад Распечатать

Ukraynanın mövqeyi yalnız daha böyük ərazi itkilərinə səbəb olacaq - Medinski

Ukraynanın münaqişənin həlli üzrə danışıqlarda tutduğu mövqe və güzəştə getmək istəməməsi Kiyev üçün yalnız böyük ərazi itkilərinə səbəb olacaq. 1xeber.media xəbər verir ki, bunu “The Wall Street Journal”a müsahibəsində Rusiya prezidentinin köməkçisi, Rusiya danışıqlar qrupunun rəhbəri Vladimir Medinski deyib.

“Biz sülh istəyirik, lakin Ukrayna digər ölkələrin milli maraqlarını rəhbər tutmağa davam edərsə, cavab verməyə məcbur olacağıq”, - deyə o bildirib.