Вернуться назад Распечатать

ABŞ bir səbəbdən Ukraynaya yardımı kəsir

Hazırkı hökumət münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğu üçün ABŞ 2026-cı ildə Ukraynaya yardımı azaldacaq.

1xeber.media xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib.

"Mövcud administrasiyanın bu münaqişəyə çox fərqli baxışı var. Biz hesab edirik ki, sülh danışıqları yolu ilə həll hər iki tərəfin və ölkəmizin maraqlarına uyğundur", - Pentaqon rəhbəri qeyd edib.

Heqset deyib ki, bununla əlaqədar Vaşinqton 2026-cı il üçün müdafiə büdcəsində Kiyevə dəstək xərclərini azaldacaq ki, bu da təxminən bir trilyon dollar təşkil edəcək. Nazirin sözlərinə görə, vəsaitin böyük hissəsi Amerika silahlı qüvvələrinin yenidən qurulmasına yönəldiləcək.