Вернуться назад Распечатать

Ukrayna Rusiyanın barıt zavodunu vurdu

 Ötən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Tambovdakı barıt zavodu da daxil olmaqla, üç hədəfi uğurla vurub.


1xeber.media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Feysbuk hesabında məlumat yer alıb.


"Tambovdakı zavodun vurulması nəticəsində yanğın qeydə alınıb. Bu, Ukraynaya silahlı təcavüzdə iştirak edən Rusiya hərbi-sənaye kompleksinin əsas obyektlərindən biridir", - məlumatda deyilib.