Вернуться назад Распечатать

Stubb: Atəşkəs əldə olunarsa, Finlandiya Ukraynaya qoşun göndərməyəcək

Finlandiya bu ölkədə atəşkəs əldə olunsa belə, öz hərbi kontingentini Ukraynaya göndərməyəcək.

1xeber.media xəbər verir ki, bu barədə iyunun 11-də Finlandiya prezidenti Aleksandr Stubb Yaponiyanın NHK telekanalına müsahibəsində bildirib.

"Finlandiya hazırda Ukraynaya qoşun göndərməyi planlaşdırmır. Bizim işimiz əsasən Avropanın şimal-şərq hissəsində çəkindirməni təmin etməkdir", - o qeyd edib.

Eyni zamanda Stubb aydınlaşdırıb ki, o, ABŞ prezidenti Donald Trampdan hərbi əməliyyatların dayandırılması ilə bağlı danışıqları davam etdirəcəyini gözləyir.