Вернуться назад Распечатать

Nyu Yorkda etiraz aksiyası: 80-dan çox insan saxlanıldı

 ABŞ-da Nyu Yorkun Aşağı Manhetten bölgəsində keçirilən etiraz aksiyaları zamanı 80-dən çox adam saxlanılıb.


1xeber.media xəbər verir ki, etirazlar yerli vaxtla 10 iyundan 11 iyuna keçən gecə Foley meydanı ətrafında keçirilib.


Polisin aksiyada təxminən 2 min 500 nəfərin iştirak etdiyini açıqlayıb. Onlar İmmiqrasiya və Gömrük Nəzarəti İdarəsi əleyhinə şüarlar səsləndiriblər.


Polis 86 nəfəri saxlayıb. Onlardan 52-si xırda cinayətlərə görə azadlığa buraxılıb. Polisə müqavimət və digər cinayətlərdə ittiham olunan 34 nəfər isə məsuliyyətə cəlb edilib.