Serbiya prezidenti Aleksandr Vuçiç Ukrayna-Cənub-Şərqi Avropa sammitində iştirak etmək üçün Ukraynaya səfəri ilə bağlı Rusiyaya xəyanət ittihamlarına cavab verib.
1xeber.media xəbər verir ki, O, Rusiya Federasiyasına xəyanət etmədiyini bildirib və yenə də tədbirin yekun bəyannaməsini imzalamadığını qeyd edib.
"Mən nəyə və kimə xəyanət etdim? Rusiyaya? Necə? Zirvəyə gəlməklə? Mən dördüncü dəfədir ki, Cənub-Şərqi Avropa-Ukrayna sammitində oluram - və yenə də bəyannaməni qəbul etməyən yeganə şəxsəm", - Serbiya lideri vurğulayıb.