Вернуться назад Распечатать

Rusiyada azərbaycanlı müəllim xidmətlərinə görə mükafatlandırıldı

 Yekaterinburqda "Rusiya Günü" münasibətilə təntənəli tədbir keçirilib.


1xeber.media Rusiya bürosunun məlumatına görə, tədbir çərçivəsində mükafatlandırma mərasimi baş tutub.


Sverdlovsk vilayətinin qubernatoru vəzifəsini icra edən Denis Pasler Əlavə Təhsil Bələdiyyəsi Muxtar Təhsil Müəssisəsinin Yunan-Roma Güləşi üzrə Olimpiya Ehtiyatları İdman Məktəbinin məşqçi-müəllimi Heydər Məmmədəliyevə 2-ci dərəcəli "Sverdlovsk vilayəti qarşısında xidmətlərinə görə” fərqlənmə nişanı təqdim edib.