Вернуться назад Распечатать

Hindistanda təyyarə qəzasında ölənlərin sayı 133-ə çatıb - VİDEO

1xeber.media xəbər verir ki, Cümə axşamı, iyunun 12-də göyərtəsində yüzlərlə sərnişinin olduğu Air India təyyarəsi Hindistanın yaşayış massivində qəzaya uğrayıb. Boeing Londona gedirdi, lakin Qucaratdakı Əhmədabad hava limanı yaxınlığında havaya qalxdıqdan dərhal sonra qəzaya uğrayıb.

Təyyarənin pilotu havaya qalxdıqdan bir dəqiqə sonra qəza siqnalı verib. Onu aldıqdan dərhal sonra dispetçerlər təyyarənin kapitanı ilə əlaqə saxlamağa çalışsalar da, buna nail ola bilməyiblər. Qısa müddətdən sonra təyyarə Meghaninagar bölgəsində qəzaya uğrayıb. Düşən zaman təyyarə ağacların taclarına dəyib və quyruğu evlərdən birinə çırpılıb. Bundan sonra zədələnmiş binada yanğın başlayıb.