Вернуться назад Распечатать

Əlilliyə görə müavinətlər də artdı

Prezident İlham Əliyev sosial müavinətlərin artırılması haqda Fərman imzalayıb.

1xeber.media məlumatına görə, buraya əlilliyə görə sosial müavinətlər də aiddir.

Fərmana əsasən, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 (üç yüz) manat, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 (iki yüz əlli) manat, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 (yüz səksən) manat sosial müavinət veriləcək.

Sosial müavinətlər 2025-ci il iyulun 1-dən artırılır.

Məlumat üçün bildirək ki, sözügedən müavinətlərin əvvəlki məbləği müvafiq olaraq 270, 220 və 150 manat idi.