Вернуться назад Распечатать

Rutte ABŞ və Rusiya arasında Ukrayna ilə bağlı birbaşa dialoqdan danışdı

ABŞ prezidenti Donald Trampın atdığı addımlar, Ukraynadakı vəziyyətlə bağlı Rusiya ilə birbaşa dialoqun başlaması çox vacibdir.

1xeber.media xəbər verir ki, bunu iyunun 12-də NATO-nun baş katibi Mark Rutte deyib.

"Prezident Trampın etdikləri çox vacibdir. O, [Rusiya] prezidenti Vladimir Putinlə birbaşa danışıqlara başlamaqla status-kvonu dəyişdi", - o, RİA Novosti-nin sualını cavablandırarkən qeyd edib.

Alyansın baş katibi vurğulayıb ki, o, Amerika liderinin hərəkətlərini təqdir edir və dialoqun başlanmasını mühüm addım hesab edir.