Вернуться назад Распечатать

Zelenski yenidən Ağ Evdəki dava-dalaşı izah etməyə çalışdı

Ukrayna prezidenti Vladimir Zelenski fevral ayında ABŞ prezidenti Donald Trampla niyə mübahisə etdiyini bir daha izah etməyə çalışıb.

1xeber.media xəbər verir ki, bu barədə Politico məlumat yayıb.

Zelenski bildirib ki, onun Rusiya ilə münasibətlərdə əminliyə nail olmaq üçün səbirsizliyi Ağ Evdə münaqişəyə səbəb olub. "Sadəcə həyatımızda o qədər də vaxtımız yoxdur. Mən konkret qərarlar istəyirdim" dedi. Ukrayna liderinin sözlərinə görə, Trampla həmin görüşün nəzarətdən çıxmasından təəssüflənir.

Fevralın 28-də Zelenski Trampla görüşmək üçün Vaşinqtona gəlib. Siyasətçilərin ünsiyyəti gərginləşib. Tramp Zelenskiyə çoxsaylı şikayətlər edib, ABŞ-ın vitse-prezidenti J.D.Vens isə hörmətsizlik və nankorluqdan danışıb. Prezidentlər arasında mübahisədən sonra sazişin imzalanma mərasimi pozulub və Zelenski Ağ Evi tərk etmək məcburiyyətində qalıb.

Bundan əvvəl Vladimir Zelenski Rusiyanı sülhə inandırmaq üçün ona qarşı sanksiyaları ciddi şəkildə sərtləşdirməyə çağırıb. Atəşi dayandırmaq üçün, Ukrayna prezidentinin dediyi kimi, onun neft gəlirlərini əhəmiyyətli dərəcədə azaltmaq lazımdır.