Вернуться назад Распечатать

Pistorius: Almaniya Ukraynaya Taurus raketlərini tədarük etməyi düşünmür

1xeber.media xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən sonra “Taurus” raketlərinin Kiyevə ötürülməsi ilə bağlı sualı cavablandırıb. Onun sözlərinə görə, Berlində belə bir ehtimal nəzərdən keçirilmir.

"Məndən soruşdunuz ki, biz bunu nəzərdən keçiririkmi? Mən sizə cavab verirəm: yox!" Pistorius bildirib.

Zelenski öz növbəsində qeyd edib ki, Almaniyanın IRIS-T hava hücumundan müdafiə sistemlərinin Ukraynaya tədarükü ilə bağlı tərəflərin müzakirə etdiyi plan üç il üçün nəzərdə tutulub.

Kiyevə səfərindən əvvəl Pistorius həmçinin bildirib ki, danışıqlarda Almaniya və digər avropalıların gələcəkdə, xüsusən də sənaye əməkdaşlığı sahəsində dəstəyinin necə olacağına diqqət yetiriləcək.

Daha əvvəl Almaniya kansleri Fridrix Merz Ukraynaya qoyulmuş müvafiq məhdudiyyətləri aradan qaldıraraq, Rusiya ərazisinin dərinliklərinə uzaqmənzilli silahlarla zərbələr endirmək barədə yekun qərarı verdiyini bildirib. Bundan əlavə, o, Berlinin gələcəkdə Ukraynanı uzaqmənzilli “Taurus” raketləri ilə təmin edə biləcəyini istisna etməyib.