Вернуться назад Распечатать

Səfərbərlik Xidməti 600 minlik işi nazirə məxsus şirkətə həvalə edir

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vahid elektron informasiya sistemi proqram təminatına aid informasiya-kommunikasiya avadanlığı, kəsilmez enerji ehtiyatı sistemi və şəbəkə infrastrukturuna texniki xidmətin göstərilməsi, proqram təminatının təkmilləşdirilməsi ilə əlaqədar 600 000 AZN sərf edəcək.

1xeber.media bildirir ki.Pravda.az-ın xəbərinə görə, Xidməti “BestComp Group” QSC həyata keçirəcək.

Xidmət və QSC arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

Qeyd: QSC-nin fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilir.