Əhmədabadda baş verən dəhşətli təyyarə qəzası ilə bağlı Hindistan Prezidenti Draupadi Murmu “X” sosial şəbəkəsində paylaşım edib.
1xeber.media xəbər verir ki, prezident qəzada həyatını itirənlərə görə dərin kədərini ifadə edib:
“Əhmədabadda baş verən təyyarə qəzasında insanların həyatını itirməsi son dərəcə dəhşətlidir. Ürəyim qəza qurbanlarının ailələrinin yanındadır”.
Murmu paylaşımında Hindistanın sabiq Qucarat ştatının baş naziri Viyay Rupaninin də qəza nəticəsində həyatını itirdiyini vurğulayıb:
“Ölkəmiz həmçinin Qucaratın sabiq baş naziri Vicay Rupani Cini itirdi. Rupani Ci həmişə xalqın rifahına sadiq idi. Ailəsinə və onu sevənlərə dərin hüznlə başsağlığı verirəm”.
Globalinfo.az