Вернуться назад Распечатать

Tokayev onu özünə müşavir təyin etdi

 Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Asel Janasovanı özünə müşavir təyin edib.


1xeber.media xəbər verir ki, 37 yaşlı Janasova Kembric və Lomonosov adına Moskva Dövlət Universitetinin məzunudur.



2022-ci ilin payızından o, “Kazpost” milli şirkətinə rəhbərlik edib, bundan əvvəl ticarət və inteqrasiya nazirinin müavini, Astana Beynəlxalq Maliyyə Mərkəzinin idarəedici direktoru vəzifələrində çalışıb.