Вернуться назад Распечатать

Netanyahudan ilk açıqlama-“Lazımı qədər davam edəcəyik”

“İrana zərbələr endirməkdə məqsəd İsrailə qarşı təhlükəni aradan qaldırmaqdır.

1xeber.media  xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

Baş nazir vurğulayıb ki, əməliyyat nə qədər lazım olsa, o qədər davam edəcək:

“Cəsur pilotlarımız İran boyu çox sayda hədəfə hücum edir. Lazım olduğu qədər davam edəcəyik”.

İRNA partlayış səslərinin xüsusilə Tehranın şərqindən, qərbindən və mərkəzindən gəldiyini açıqlayıb.

Ağ Ev isə  ABŞ-nin əməliyyata daxil olmayacağını açıqlayıb.