Xəbər verdiyimiz kimi, İsrailin İran ərazisinə zərbələri nəticəsində ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Baqeri eləcə də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Baş komandanı Salami həlak olub.
1xeber.media “Nournews” portalına istinadən məlumatına görə, İranın ali rəhbəri Əli Xamenei sözügedən postlara müvəqqəti rəhbərlər təyin edib.
Belə ki, Həbibullah Sayyari Silahlı Qüvvələrin müvəqqəti Baş Qərargah rəisi, Əhməd Vahidi isə SEPAH-ın Baş komandanı təyin olunublar.