İrana zərbələr İsrail dövlətinin və yəhudi xalqının tarixində həlledici andır.
1xeber.media xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrail Katz ölkəsinin İrana zərbə endirməsindən bir qədər əvvəl yüksək rütbəli hərbi rəsmilərin iştirakı ilə keçirilən forumda çıxış edərək deyib.
“Vəzifəyə başladığım ilk gündən İranın nüvə proqramının qarşısının alınmasını əsas prioritet kimi müəyyən etdim”, – deyə Katz bildirib.
O, İranın İsraili məhv etmək ideyasına heç vaxt olmadığı qədər sadiq olduğunu vurğulayıb:
“Hazırda kritik bir mərhələdəyik – əgər bu fürsəti qaçırsaq, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün əlimizdə heç bir imkan qalmayacaq”.
O bildirib ki, İsrail ötən bir il yarım ərzində İranın bölgədəki nümayəndələrinə qarşı tədbirlər görsə də, indi birbaşa ilanın başı ilə – İranın özü ilə qarşı-qarşıyadır.
İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbələr endirib.