Вернуться назад Распечатать

İsrail İran dronlarını vurmağa başlayıb

İran son bir neçə saat ərzində İsrail istiqamətində 100-dən çox pilotsuz uçuş aparatı buraxıb.

1xeber.media  xəbər verir ki, bu barədə məlumatı “The Times of Israel” yayıb.

Bildirilib ki, hazırda İsrailin Müdafiə ordusu dronların zərərsizləşdirilməsi istiqamətində çalışır.

***

“The Times of Israel”in məlumatına görə, İsrail İran tərəfindən buraxılan dronların zərərsizləşdirilməsinə başlayıb. 

Bildirilib ki, pilotsuz uçuş aparatları İsrail sərhədlərindən kənarda vurulur.

Zərərsizləşdirilməyən dronların bir saat ərzində İsrailə çatması gözlənilir. 

[media=]