1xeber.media xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi cümə günü, iyunun 13-də dərc olunan bəyanatında İsrail Müdafiə Qüvvələrinin (IDF) İrana qarşı hava hücumunun təxribat olduğunu bildirib.
"Biz İsrailin İrana hava hücumunu ən sərt şəkildə qınayırıq. Beynəlxalq hüququ açıq şəkildə pozan bu hücum İsrailin regionda sabitliyi pozan strateji siyasətinə xidmət edən təxribatdır", - bəyanatda deyilir.
Türkiyə nazirliyi vurğulayıb ki, İranın nüvə proqramı ilə bağlı danışıqların başlandığı anda İsrail ordusunun əməliyyatına başlaması İsrailin baş naziri Benyamin Netanyahunun problemi diplomatik yollarla həll etmək istəmədiyini təsdiqləyir.