Təl-Əvivdəki Ben Qurion hava limanı fəaliyyətini dayandırıb.
1xeber.media xəbər verir ki, bu barədə iyunun 13-də Turoperatorlar Assosiasiyası (ATOR) Telegram kanalında məlumat verib.
"Aeroporta gələn və uçan bütün reyslər ləğv edilib. İsrail, İran, İordaniya və İraq öz hava məkanlarını bağlayıblar", - nəşr yazır.
İsrailin hava hücumundan müdafiə qüvvələrinin İrandan mümkün cavab zərbəsi ərəfəsində yüksək hazırlıq vəziyyətinə gətirildiyi bildirilir.