Вернуться назад Распечатать

İsrailin İrana zərbə endirməsi Zelenski üçün problem olacaq

İsrailin İrana zərbə endirməsi Ukrayna prezidenti Vladimir Zelenski üçün problemə çevrilə bilər.

1xeber.media xəbər verir ki, bu sözləri Macarıstandakı Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koskoviç H sosial şəbəkəsindəki səhifəsində bildirib.

Koskoviçin sözlərinə görə, Yaxın Şərqdə hava müharibəsi baş verərsə, hava hücumundan müdafiə sistemlərinin istehsalının böyük hissəsi İsrail tərəfindən mənimsəniləcək. Zelenskinin artıq ehtiyatları azdır”, - o yazıb.

İsrail iyunun 13-nə keçən gecə 200 hərbi hava qüvvələri qırıcısı ilə İrana qabaqlayıcı zərbə endirib. Hücum nəticəsində üç yüksək rütbəli İran komandiri həlak olub.