İsrail Baş naziri Benyamin Netanyahu ölkəsinin İranın müxtəlif bölgələrinə qarşı başladığı və “Yüksələn Aslan” adını verdiyi hücumdan bir gün öncə Qüdsdə yerləşən Ağlama Divarını ziyarət edib.
O, orada qoyduğu qeyddə “Dişi aslan kimi ayağa qalxan, aslan kimi özünü dirçəldən xalq” sözlərini yazıb.
Bu qeydlər hücumdan sonra geniş müzakirələrə səbəb olub və böyük maraqla qarşılanıb.
Xatırladaq ki, İsrail ordusu 13 iyun gecəsi İran ərazisinə havadan hücum həyata keçirib. Hücum nəticəsində İranın nüvə proqramı ilə bağlı strateji obyektləri və hərbi hədəfləri vurulub.
Netanyahu bu barədə verdiyi ilk açıqlamasında əməliyyatın uğurla tamamlandığını vurğulayıb.
“Biz İranın nüvə zənginləşdirmə proqramının mərkəzinə zərbə endirdik. Natanz nüvə obyektində çalışan elm adamları və digər hərbi məqsədli obyektlər hədəf alınıb. İlk mərhələ uğurla tamamlandı", - Netanyahu qeyd edib.
"AzPolitika.info"