Rusiya İsrail və İran arasında gərginliyin kəskin şəkildə artmasından narahatdır və pisləyir.
1xeber.media xəbər verir ki, bunu iyunun 13-də Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Rusiya narahatdır və gərginliyin kəskin şəkildə artmasını pisləyir”, o, jurnalistlərə deyib.
Peskovun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin İsrail və İran arasında baş verən hadisələrlə bağlı onlayn xəbərlər alır.