Вернуться назад Распечатать

İsrail İrana qarşı yeni hücumlara başlayıb - YENİLƏNİB

İsrail mətbuatı rəsmi Tel-Əvivin İrana qarşı hücumlarının yeni dalğası barədə məlumat yayıb.

Bu barədə “Report” İsrailin 12-ci kanalına istinadən xəbər verir.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri Təbriz hava limanına və Şirazda raket istehsalı zavoduna zərbə endirib.

13:24

İranın Təbriz şəhərinin ətrafında yenidən partlayış səsləri eşidilib.

Bu barədə İranın “Mehr” xəbər agentliyi məlumat yayıb.

Qeyd olunub ki, İsrail Təbriz aeroportuna zərbə endirib.