Вернуться назад Распечатать

Hindistanda Boeing 787 qara qutusu tapıldı

Hindistanın Əhmədabad şəhərində müstəntiqlər Boeing 787-nin qəzaya uğradığı yerdə iki qara qutudan birini tapıblar.

1xeber.media xəbər verir ki, bu barədə iyunun 13-də Hindustan Times məlumat yayıb.

Məqalədə deyilir: "Əhmədabadda 200-dən çox insanın ölümü ilə nəticələnən faciəvi təyyarə qəzasından bir neçə saat sonra səlahiyyətlilər qəzanın səbəbini müəyyən etməyə kömək edəcək iki qara qutudan birini tapdılar".

İki qara qutudan təyyarənin arxa hissəsində olanı tapılıb. Təyyarənin qarşısındakı ikinci qara qutu hələ də tapılmayıb.