Вернуться назад Распечатать

İsrail İranın qərbindəki Qəsri Şirin və Kəngəvarı vurur

İranın qərbində yerləşən Qəsri Şirin və Kəngəvar şəhərləri yeni hücuma məruz qalıb.

1xeber.media xəbər verir ki, bu barədə iyunun 13-də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) Telegram kanalında məlumat verilib.

“Bir neçə dəqiqə əvvəl Qəsri Şirin və Kəngəvar bir neçə nöqtədən atəşə tutulub”, - nəşr yazır.