Вернуться назад Распечатать

İsrailin Rusiyadakı səfirliyi işlərin dayandırılması ilə bağlı xəbərləri təkzib edib

İsrailin Rusiyadakı səfirliyi normal rejimdə fəaliyyətini davam etdirir. İşin dayandırılması xəbərləri həqiqətə uyğun deyil.

1xeber.media xəbər verir ki, bu barədə diplomatik nümayəndəlikdən məlumat verilib.

“Biz həmişəki kimi işləyirik, həftə sonu olduğu üçün səfirlik hazırda bağlıdır, bazar ertəsindən etibarən qrafikə uyğun işləyəcəyik”, - deyə diplomatik nümayəndəlikdən bildiriblər.