Вернуться назад Распечатать

Putin Netanyahu ilə danışdı

  Rusiya Prezidenti Vladimir Putin İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.


1xeber.media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.


Putin bütün İsrail-İran ziddiyyətlərinin sülh yolu ilə həllinin və danışıqlar prosesinə qayıtmağın vacibliyini vurğulayıb.


Bundan əlavə, o, Moskvanın İsrail-İran münaqişəsində vasitəçilik etməyə hazır olduğunu bildirib.


Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirir.