Вернуться назад Распечатать

İsrail ordusu İranın İsfahan şəhərindəki nüvə obyektinə zərbə endirdiyini bildirib

İsrail Müdafiə Qüvvələri (IDF) İranın İsfahan şəhəri yaxınlığındakı nüvə obyektinə hava zərbəsi endirib.

1xeber.media xəbər verir ki, bu barədə iyunun 13-də ordunun mətbuat xidməti məlumat yayıb.

“Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları dəqiq kəşfiyyat məlumatlarına əsaslanaraq İsfahan yaxınlığındakı nüvə obyektinə hava zərbəsi endiriblər”, - deyə departament öz Telegram kanalında bildirib.

İDF bəyan edib ki, bu ərazidə nüvə silahı istehsalı üçün zəruri olan zənginləşdirilmiş uranın “yenidən çevrilməsi” prosesi gedir.