Вернуться назад Распечатать

Səməd Seyidovun qudasının dövlətə vergi borcu üzə çıxdı

“CARÇIOĞLU GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə olan vergi borcu üzə çıxıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, şirkətin vergi borcu 27.005,73 manat təşkil edir.

Şirkətin rəsmi qanuni təmsilçisi və prezidenti Elçin Carçıyev Murtuz oğludur.

Qeyd edək ki, mediada gedən məlumatlara görə 2021-ci ildə Milli Məclisin deputatı Səməd Seyidovun oğlu Urxan Seyidov iş adamı “EFES Elçin” kimi tanınan Elçin Carçıyevin qızı ilə ailə qurub.